@technote: Mühasib və fərdi sahibkarlar üçün “SİMA İmza”dan əla yenilik 🚀 Artıq fərdi sahibkarlar vergi hesabatları və bəyannamələri "new.e-taxes .gov. az"da hazırlamaq və göndərmək üçün giriş icazəsini SİMA İmza tətbiqi vasitəsilə mühasiblərinə təqdim edə bilər 📊 Bu, tətbiqə əlavə olunan “QR Share” xüsusiyyəti ilə mümkün olur 📲 Yəni artıq sizin hesabatları tərtib edən mühasib, Dövlət Vergi Xidmətinin elektron sistemində sizin sahibkar kabinetinizə daxil olmaq üçün əlavə telefona, fiziki vasitəyə, nömrəyə ehtiyac olmadan uzaqdan - yalnız SİMA İmza tətbiqi vasitəsilə giriş üçün identifikasiyanı təsdiq edə bilər 🔐 #SİMAİmza #etaxes #mühasibatlıq #mühasib #vergi